BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 2024-cü ildə Azərbaycanda keçiriləcək.
“COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir COP28-in dekabrın 11-də keçirilən plenar iclasında COP-un növbəti konfransının Azərbaycanda keçiriləcəyini elan edib”, - deyə Azərbaycan KİV-ləri bildirir.
COP28 konfransında dünyanın 200-ə yaxın ölkəsindən 97000-dən çox nümayəndə iştirak edir.*
N.Abbasova