ABŞ prezidenti Co Bayden oktyabrın 7-də baş vermiş terror hücumlarından sonra israilə sarsılmaz dəstəyi barədə bəyan edib.
«Biz İsrailə HƏMAS-dan xilas olana qədər hərbi yardım göstərməyə davam edəcəyik», - Bayden Hanuki münasibətilə Ağ Evdə çıxışında deyib.
"Amma biz ehtiyatlı olmalıyıq və onlar da ehtiyatlı olmalıdırlar. Bütün dünyanın ictimai rəyi bir gecədə dəyişə bilər, biz buna yol verə bilmərik", - ABŞ prezidenti qeyd edib.
Bayden bildirib ki, ABŞ hələ də Qəzzada saxlanılan girovların azad edilməsi üzərində işləməyə davam edəcək.
O, həmçinin deyib ki, o, daha çox «günahsız fələstinli mülki şəxslərə humanitar yardım» almaq üçün çalışır. **