2023-cü ilin yanvar-sentyabr aylarında magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 2 milyard 705 milyon 208 min manat (cari məzənnə ilə $1 milyard 59 milyon - İF) təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisindən 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Xüsusilə, magistral neft kəmərlərinin (Bakı-Tbilisi-Ceyhan daxil olmaqla) fəaliyyətindən 813 milyon 480,7 min manat ($478,5 milyon -İF) gəlir əldə edilib. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə gəlirlərin həcmi 11,8% azalıb.
Hökumətin məlumatına görə, 2023-cü ilin 9 ayı ərzində magistral neft boru kəmərləri şəbəkəsində itkilər ötən ilin analoji dövrü ərzində 2,2 min tona qarşı 2,8 min ton (artım 27,3%) təşkil edib.
2023-cü ilin yanvar-sentyabr aylarında magistral qaz boru kəmərlərinin (Cənubi Qafqaz boru kəməri daxil olmaqla (Bakı-Tbilisi-Ərzurum- İF)) fəaliyyətindən Azərbaycanın gəlirləri 1 milyard 891 milyon 727,3 min manat ($1 milyard 112,8 milyon -İF) təşkil edib, ötən ilin eyni dövrü ilə müqayisədə artım 10,9% olub.
Birinci yarımilliyin yekunları üzrə magistral qaz boru kəmərlərinin itkiləri ötən ilin eyni dövrünün 24,8 milyon kubmetr göstəricisinə qarşı 38 milyon kubmetr (artım 53,2%) təşkil edib.
2023-cü ilin 9 ayın yekunarı üzrə magistral qaz kəmərləri şəbəkısində itkilər ötən ilin analoji dövründə 35,5 miyon kubmetrə (artım 42,8%) qarşı 50,7 milyon kubmetr təşkil edib.
2023-cü ilin 9 ayında magistral neft kəmərləri ilə 29 milyon 787,7 min ton neft (artım 8,3%), qaz kəmərləri ilə 29 milyard 430,7 milyon kubmetr qaz (artım 3,3%) nəql edilib. Bununla yanaşı, magistral neft kəmərləri ilə nəqlin ümumi həcmində təxminən 76,1% Bakı-Tbilisi-Ceyhan boru kəmərinin, magistral qaz kəmərləri ilə nəqlin ümumi həcmində 55,8% Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum – İF) payına düşür.
Xəbər verildiyi kimi, 2022-ci ildə magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 3 milyard 567 milyon 157 min manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 17% çoxdur.Həmçinin, magistral neft kəmərlərinin fəaliyyətindən 1 milyard 238 milyon 913,7 min manat artım 3,4%), magistral qaz kəmərlərinin fəaliyyətindən – 2 milyard 328 milyon 243,1 min manat (artım 25,7%) gəlir əldə edilib. **
N.Abbasova