Çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib.
“Nazir Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində GUAM xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak və çıxış edib”, - Azərbaycan XİN-in “X” hesabında məlumat verilir.
Məlumata görə, görüşdə Bayramov 2024-cü ildə Azərbaycanın GUAM-a sədrliyi və təşkilat çərçivəsində əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb. **
R.Əhmədov