Pakistanın şimal-qərbində terrorçu polis məntəqəsinin yanında minalanmış avtomobili partladıb. Bu barədə çərşənbə axşamı Associated Press xəbər verir.
Son məlumata görə, 22 polis şəhid olub, daha 32 nəfər yaralanıb.
Partlayış nəticəsində polis binasının bir hissəsi çöküb.
Hazırda polis hücum zamanı həlak olan terrorçunun əlbir olduğu şəxsləri axtarır. **