Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 2,4%, 2024-2028-ci illərdə - illik 2,3% səviyyəsində proqnozlaşdırır.
Bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddə üzrə Azərbaycan iqtisadiyyatının icmalının yekunlarına dair bəyanatında qeyd edilir.
BVF-nin missiyası 1-16 noyabr tarixlərində Azəraycanda səfərdə olub.
Azərbaycanda mövcud iqtisadi vəziyyətə toxunan BVF aşağıdakı amilləri qeyd edir: inflyasiyanın azalması; neft və qazın yüksək qiymətləri ölkənin güclü xarici mövqeyini dəstəkləyib; bank sektorunda vəziyyət yaxşılaşmaqda davam edir, lakin zəiflik üçün müəyyən risklər qalmaqdadır; 2023-cü ildə iqtisadi artım tempinin azalması.
«İnterfaks-Azərbaycan» xəbər verir ki, BVF-nin proqnozlarına görə, Azərbaycanın qeyri-neft ÜDM artımı 2023-cü ildə 4,2%, 2024-cü ildə 3,6%, 2025-2028-ci illərdə ildə orta hesabla 3,5% təşkil edəcək.
Qeyri-neft sektorunda azalma 2023-cü ildə 1,5%, 2024-2028-ci illərdə isə ildə orta hesabla 0,5% təşkil edəcək.
BVF-nin proqnozlarına əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM-in nominal həcmi $76,8 milyard (2022-ci ildə - $78,7 milyard), 2024-cü ildə - $79,7 milyard, 2025-ci ildə - $82,8 milyard, 2026-cı ildə – $86,2 milyarda yaxın, 2027-ci ildə – $89,7 milyard, 2028-ci ildə - $93,8 milyard təşkil edəcək.
BVF-nin qiymətləndirmələrinə görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 2022-ci iodə 13,9%-dən 9,4%-dək enəcək, 2024-cü ildə - 4,7%-dək azalacaq, 2025-ci ildə - 5%-dək artacaq, 2026-cı ildə - 4,5%-dək enəcək, 2027-2028-ci illərdə - illik 4%-dək azalacaq.
2023-cü il üçün Azərbaycanda cari əməliyyatlar hesabının profisiti ÜDM-in 12,4%-i (2022-ci ildə - ÜDM-in 29,8%-i), 2024-cü il üçün – ÜDM-in 13,4%-i, 2025-ci ildə - ÜDM-in 10,5%-i, 2026-cı il üçün - ÜDM-in 8,5%-i, 2027-ci ildə - ÜDM-in 7,7%-i, 2028-cı il üçün – ÜDM-in 5,9%-i səviyyəsində proqnozlaşdırır.
BVF missiyası Azərbaycan hakimiyyətinin ortamüddətli dövrdə büdcə konsolidasiyasına sadiqliyini alqışlayıb.
İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in artımını 1,9%, 2024-cü ildə 2,4% səviyyəsində proqnozlaşdırır.
İqtisadiyyat Nazirliyi 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9,5% səviyyəsində proqnozlaşdırır. 2024-cü il üçün proqnoz 5,3% təşkil edir.
2022-ci ildə Azərbaycanda ÜDM 4,6% artıb.**
R.Əhmədov