2023-cü ilin yanvar-noyabr aylarında Rostov vilayətinin aqrarları Azərbaycana təxminən 8 min ton taxıl ixrac ediblər. Bu barədə “İnterfaks”a Taxıl Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzi”FDBM-nin Rostov filialının direktoru Oleq Şaşlov məlumat verib.
Onun sözlərinə görə, əsasən üçüncü dərəcəli buğdanın göndərilməsi həyata keçirilib.
"Azərbaycan tərəfi taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə xüsusi tələblər qoyur», - Şaşlov bildirib.
O qeyd edib ki, Azərbaycana ixrac əsasən dəmir yolu və avtomobil nəqliyyatı ilə həyata keçirilir. **
İnformasiya şöbəsi