ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı üzrə proqnozu dəyişməyib, 2024-cü ildə neft hasilatı üzrə proqnozu isə 20 min barel azaldıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-in aylıq proqnozunda bildirilir.
İdarənin proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı 0,62 milyon barel (noyabr proqnozu 0,62 milyon barel) təşkil edəcək. I rübdə gündəlik hasilat 65 milyon barel, II rübdə 0,62 milyon barel, III rübdə 0,62 milyon barel olub, IV rüb üçün proqnoz 0,6 milyon barel (noyabr proqnozu 0,62 milyon barel) təşkil edir.
Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda gündəlik 0,6 milyon barel (noyabr proqnozu 0,62 milyon barel) maye karbohidrogen hasil olunacaq. Gələn ilin I rübündə gündəlik neft hasilatı 0,59 milyon barel, II və III rüblərdə 0,6 milyon barel, IV rübdə isə 0,61 milyon barel səviyyəsində proqnozlaşdırılır.
İdarənin dəqiqləşdirilmiş məlumatına görə, 2022-ci ildə Azərbaycanda gündəlik 0,67 milyon barel maye karbohidrogen hasil edilib.*
N.Abbasova