“Aqroeksport” Federal Mərkəzi Rusiya Federasiyasından makaron məmulatlarının tədarükü üçün ən perspektivli bazarları olan 11 ölkəni açıqlayıb.
Mərkəzin apardığı araşdırmaya görə, bu ölkələr Çin, Tacikistan, Qazaxıstan, BƏƏ, Azərbaycan, Özbəkistan, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belarus, Gürcüstan və Malayziyadır.
2022-ci ildə ən böyük həcm Qazaxıstana ($38,3 milyon dəyərində 23,9 min ton), Belarusa ($36,3 milyon dəyərində 20,5 min ton) və Gürcüstana ($12,7 milyon dəyərində 13,4 min ton) tədarük edilib. Ötən il Rusiya $148 milyon dəyərində makaron məmulatları ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 30% çoxdur. Araşdırmada qeyd edilir ki, ixrac miqdar ifadəsində bir qədər azalıb, bu isə daha yüksək qiymət seqmentinə aid məhsul tədarükünün artdığını göstərir.*