İsrail hərbçiləri Qəzza zolağında HƏMAS-ın hədəflərinə 250-dən çox zərbə endirib. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Son 24 saat ərzində İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatda aralarında yüksək vəzifəli şəxslərin də olduğu ən azı 10 hərbçi həlak olub.
İsrail Müdafiə Ordusunun məlumatına görə, Qəzza zolağında keçirilən quru əməliyyatında həlak olan israilli hərbçilərin sayı 115-ə çatıb, yüzlərlə hərbçi isə yaralanıb.*