ABŞ və Böyük Britaniya HƏMAS qruplaşmasının bir sıra əsas nümayəndələrinə qarşı yeni sanksiyalar paketi tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
“Sanksiyalar HƏMAS-ın sərt yanaşmasını dəstəkləyən, qruplaşmanın maraqlarını xaricdə təmsil edən və maliyyə vəsaitlərini idarə edən şəxslərə qarşı tətbiq olunub”, – deyə məlumatda bildirilir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, siyahılarda Türkiyə və Livanda fəaliyyət göstərən fiziki şəxslər yer alıb.*