İsrail Müdafiə Ordusunun İordan çayının qərb sahilindəkiCeninqaçqınlardüşərgəsində keçirdiyi ikigünlük reyd zamanı ən azı 7 fələstinli öldürülüb. Bu barədə “Associated Press” (AP) məlumat yayıb.
AP xatırladır ki, bu düşərgə Fələstin silahlı qruplaşmalarının istehkamı hesab olunur. Son iki ildə İsrail hərbçiləri düşərgədə dəfələrlə axtarış aparıblar.
“The Times of Israel” nəşri isə İsrail Müdafiə Ordusuna istinadən bildirir ki, reyd zamanı hərbçilər tərəfindən yüzlərlə insan həbs edilib, 400 tikilidə yoxlama aparılıb, partlayıcı maddələrin hazırlandığı 6 laboratoriya və yaraqlıların tunellərinə aparan bir neçə şaxta məhv edilib, o cümlədən silah və sursatlar müsadirə olunub.*