2023-cü ilin noyabr ayında Azərbaycanda gündəlik 492 min barel neft (2023-cü ilin oktyabr ayında 489 min barel) hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2023-cü ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 609 min barel (oktyabrda - 603 min barel) olub. Bunun 492 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib”, - nazirlikdən bildirilir.
2023-cü ilin sonunadək OPEC+ əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir. Beləliklə, Azərbaycan sentyabrda OPEC+ sazişi çərçivəsində öhdəliyini 139,3% yerinə yetirib (OPEC+ kvotasından 193 min barel geri qalıb – İF).**
N.Abbasova