Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumat verib ki, Bakı İrəvanın sülh sazişi şərhləri üzrə öz cavabını yaxın zamanda Ermənistana təqdim edəcək.
“Ermənistan tərəfindən aldığımız sülh sazişi şərhləri üzrə hazırda Azərbaycan öz mövqeyini formalaşdırır və yaxın zamanlarda onlar qarşı tərəfə təqdim olunacaq», - Bayramov cümə axşamı türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Azərbaycanın xarici işlər naziri əlavə edib ki, Bakı və İrəvan arasında münasibətlərin normallaşmasını real hesab edir.
"Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq üçün tarixi fürsət yaranıb. Azərbaycan və Türkiyə hesab edirlər ki, qonşu ölkələr arasında sülh və normal münasibətlər olmalıdır. Ermənistan tərəfinin də eyni fikirlə addımlar atacağını gözləyirik. Belə olan təqdirdə, müsbət nəticələr əldə etmək olar”, - Bayramov deyib. **
R.Kərimov