Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrəvanın Ermənistan-Azərbaycan sərhədindən qoşunların geri çəkilməsi təklifini Bakı üçün qəbuledilməz adlandırıb.
"Azərbaycan ilə Ermənistan arasında sərhəd delimitasiya olunmayəb. Belə şəraitdə, qoşunları geri çəksək, digər tərəfin bu mövqeyi tutmayacağına zəmanət varmı? Ermənistanın Azərbaycana ünvanladığı bu təklif qəbuledilməzdir”, - Bayramov cümə axşamı Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan hərbçiləri öz ərazilərində yerləşirlər, Azərbaycanın sərhədlərini qoruyurlar.
«(…) Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın sərhədlərini yalnız Azərbaycan hərbçiləri qorumalıdır. Bu bizim suveren hüququmuzdur. Biz Ermənistanı təklifimizə konstruktiv cavab verməyə çağırırıq. Bu halda vəziyyət müsbət məcrada inkişaf edə bilər", - o bildirib. **
R.Kərimov