Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Bakı və İrəvan arasında sülh müqaviləsi ilə bağlı danışıqlarda müəyyən irəliləyiş var.
"Bu təkliflər paketinə (21 noyabrda Ermənistandan daxil olan - İF) baxarkən görürük ki, o, əvvəlki təkliflər paketinin birmənalı təkrarı deyil. Burada müəyyən irəliləyiş var", - Bayramov cümə axşamı Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Lakin o, İrəvandan aldığı təkliflərin mahiyyətini açıqlamayıb.
Bayramov sülh danışıqlarının başa çatması ilə bağlı heç bir tarix verməyib. **
R.Kərimov