2023-cü ilin 10 ayının yekunları üzrə Azərbaycan-Türkiyə ticarət dövriyyəsinin həcmi $7 milyarda yaxın təşkil edib. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.
“2023-cü ilin 10 ayının yekunları üzrə ölkələrimiz arasıda ticarət dövriyyəsi $7 milyarda yaxınlaşıb, u da 2022-ci ilin göstəricisindən 15% çoxdur. Təbii ki, 2023-cü ilin yekunları üzrə u rəqəm daha da yaxşı olacaq”, - Bayramov cüməı axşamı türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatına Azərbaycanın ümumi sərmayələri təqribən $20 milyard həcmində qiymətləndirilir.
Öz növbəsində, Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına $15 milyard məbləğində investisiya qoyublar. Hazırda 4 minə yaxın Türkiyə kapitalı ilə şirkət Azərbaycanda fəaliyyət göstərir.
Bayramov əlavə edib ki, Azərbaycanda podrat layihələrinin icrasında Türkiyə şirkətləri fəal iştirak edirlər. “Azərbaycanda $17 milyarda yaxın məbləğdə layihələrin reallaşdırılmasında 330-dan çox Türkiyə şirkəti iştirak edib”, - XİN başçısı əlavə edib.
Onun rəyinə görə, “Türkiyə və Azərbaycanın birliyi regionda sabitliyin qorunmasının əsas amilidir”. **
R.Kərimov