Cümə axşamı Afinada Ermənistan və Yunanıstan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.
«Ermənistan və Yunanıstan müdafiə nazirləri Suren Papikyan və Nikolaos Dendias “Ermənistan Respublikası hökuməti ilə Yunanıstan Respublikası hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” saziş imzaladılar», - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, görüşdə tərəflər «əməkdaşlığın inkişafı üçün böyük potensial qeydə alıblar, həmçinin hərbi-texniki istiqamət, təcrübə mübadiləsi, təhsil, təlim-məşq, taktiki hazırlıq və digər istiqamətlər daxil olmaqla bunu yeni qüvvə ilə inkişaf etdirmək barədə razılığa gəliblər». **