Ankara Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında vəziyyətlə bağlı qərar verməsinə mane olmayacağını gözləyir. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib.
«ABŞ-ın BMT Təhlükəsizlik Şurasının (Qəzza ilə bağlı - İF) qərar qəbul etməsinə mane olmayacağını gözləyirik», - Fidan cümə axşamı Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, «hazırda Qəzzada atəşkəs və qırğın arasında yalnız ABŞ durur».
Daha əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsə çağıran qətnamə layihəsinə veto qoyub.
Sənədə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü dəstək verib. **
İnformasiya şöbəsi