Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov cümə axşamı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) xəzinədarı Aksel van Nederveenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər AMB ilə AYİB arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə AMB-dən məlumat verilir.
"Görüş zamanı AYİB-in Azərbaycandakı fəaliyyəti, AMB və AYİB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilib, yerli pul bazarlarına dair fikir mübadiləsi aparılıb", - məlumatda deyilir. **
İnformasiya şöbəsi