ABŞ Prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı NATO-nun gücləndirilməsi və İsveçin tezliklə alyansa daxil olması ilə bağlı məsələləri, eləcə də Qəzzadakı vəziyyəti müzakirə edib. Bu barədə Ağ Ev məlumat yayıb.
“Ərdoğan və Bayden Şimali Atlantika Alyansının gücləndirilməsinin, o cümlədən İsveçin tez bir zamanda NATO-ya üzvlüyünün vacibliyini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Liderlər Qəzza zolağındakı vəziyyətə də toxunublar. Bayden İsrailin özünümüdafiə hüququna dəstəyini bir daha təsdiq edib”, - deyə məlumatda qeyd olunur.
Tərəflər, həmçinin Qəzza zolağına humanitar yardımın artırılmasının və mülki əhalinin müdafiəsinin vacibliyini diqqətə çatdırıblar.*