Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi avtomobil və xüsusi texnikaların satın alınmasına ümumilikdə 1 milyon 813,319 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu məqsədlə 4 müqavilə bağlanıb.
661,6 min manat məbləğində birinci müqavilə 4 ədəd KAMAZ-43118 As-10 (10 ton) və NEFAZ-4208 markalı avtomobilin satın alınmasını nəzərdə tutur. Müqavilə Gəncə Avtomobil Zavodu ilə bağlanıb.
İkinci müqavilə iki ədəd “Lingong CLG 375B” markalı yükləyicinin satın alınmasını nəzərdə tutur. “Intertek Makina” şirkəti ilə bağlanmış müqavilənin məbləği 158,2 min manatdır.
Üçüncü müqavilə 1 ədəd “Hyundai R 215L” markalı ekskavatorun və 1 ədəd 25 tonluq “XCMG QLY25 k5” markalı kranın alınmasını nəzərdə tutur. Müqavilə “Unitexnika” MMC ilə bağlanıb və məbləği 438,999 min manatdır.
“UDT-Texnika” MMC ilə bağlanmış 554,6 min manat məbləğində dördüncü müqavilə iki ədəd “Lingong B160” markalı buldozerin, 1 ədəd “CL G 855H” markalı frontal yükləyicinin və iki ədəd 3 tonluq “Lingong CPC 30” markalı avtokranın alınmasını nəzərdə tutur.
Müqavilənin şərtlərinə görə, nəqliyyat vasitələri və xüsusi texnikanın tədarükü 2024-cü ilin dekabr ayında yekunlaşdırılmalıdır.*
B.Rüstəmbəyov