2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $6,7 milyard təşkil edib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
“Cari ilin 9 ayının nəticələrinə əsasən, tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $6,7 milyard və ya ÜDM-in 12,5%-ni təşkil edir”, - deyə o, bu gün brifinqdə bildirib.
S.Nəsirovun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə profisit 62,3% azalıb ki, bu da 2023-cü ildə dünya bazarında neft və qazın ucuzlaşması ilə əlaqədardır.
“Əgər ötən ilin 9 ayı ərzində Azərbaycan neftinin bir barelinin qiyməti $107 idisə, cari ilin müvafiq dövründə $83 olub”, - deyə direktor vurğulayıb.
O əlavə edib ki, 2023-cü ildə neft və qazın qiymətlərindəki dəyişiklik bütün ölkələrin tədiyə balansına təsir edib.*
X.Nəsirzadə