Yeni Azərbaycan Partiyası dekabrın 15-də keçirilən genişləndirilmiş iclasda 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə Prezident İlham Əliyevin namizədliyini irəli sürüb.
İclasda çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlərə, tarixi qələbəyə imza atıb.
Azərbaycanda növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Prezident İlham Əliyev 2023-cü il dekabrın 7-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, seçkilər 2024-cü il fevralın 7-nə təyin olunub.
Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidenti 7 il müddətinə seçilir.
Prezident İlham Əliyev 2003-cü ilin oktyabr ayından Azərbaycana rəhbərlik edir.*
R.Əhmədov