2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi $1 milyard 280,754 milyon təşkil edib ki, bu da 2022-ci ilin 9 ayının göstəricisindən 2,1 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə köçürmələrin böyük hissəsi - $829,41 milyon (azalma 2,7 dəfə) və ya fiziki şəxslərin bütün köçürmələrinin 64,8%-i (2022-ci ilin yanvar-sentyabr aylarında xüsusi çəki 81,6%) Rusiyadan həyata keçirilib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($115,74 milyon, artım 29,8%), ABŞ ($57,042 milyon, azalma 2,4 dəfə), Gürcüstan ($26,789 milyon, artım 24,4%) və Böyük Britaniya ($25,764 milyon, artım 5,3%) daxildir.
AMB-nin məlumatına görə, yanvar-sentyabr aylarında Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 23% azalaraq $401,719 milyon təşkil edib.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($103,765 milyon, azalma 22%) tutur. 9 ay ərzində Azərbaycandan bütün köçürmələrin 25,8%-i (2022-ci ilin yanvar-sentyabr aylarında 25,5%-i) Türkiyənin payına düşüb.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə RF ($54,966 milyon, azalma 19,4%), Gürcüstan ($42,777 milyon, azalma 5,7%), ABŞ ($40,826 milyon, azalma 3 dəfə) və Böyük Britaniya da ($22,024 milyon, azalma 11,2%) daxildir.
2022-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $3 milyard 620,117 milyon (2021-ci illə müqayisədə artım 3,2 dəfə), Azərbaycandan köçürmələrin həcmi $664,798 milyon (+0,5%) təşkil edib.*
R.Əhmədov