2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 22 milyard 916 milyon 30,25 min kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 24,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın ümumi ixracının 41,82%-i (2022-ci ilin yanvar-oktyabr aylarında 42,21%-i) qaz ixracının payına düşüb.
Qaz ixracından $12 milyard 271 milyon 972,13 min məbləğində gəlir (azalma 16,3%) əldə edilib.
2023-cü ilin yanvar-oktyabr aylarında ixracın əsas həcmi Türkiyə (42,1%) və İtaliyanın (39,2%) payına düşüb.
Ölkə |
Həcm, min kubmetr |
2022-ci illə (10 ay) müqayisədə |
Gəlir, min dollar |
2022-ci illə (10 ay) müqayisədə |
AVROPA |
||||
İtaliya |
8 987 062,4 |
+13,4% |
7 239 967,57 |
-32,6% |
Bolqarıstan |
982 813,91 |
+2,7 dəfə |
363 288,85 |
+52,8% |
Yunanıstan |
960 364,36 |
+23,2% |
822 079,35 |
-28% |
Rumıniya |
184 286,16 |
- |
171 246,25 |
- |
REGİON |
||||
Türkiyə |
9 655 687,03 |
+40,9% |
3 320 760,27 |
+50,4% |
Gürcüstan |
1 807 823,9 |
-20,8% |
298 684,35 |
-3,4% |
Rusiya |
326 532,4 |
- |
55 510,51 |
326 532,4 |
İran |
11 460,13 |
-93,3% |
434,98 |
-93,2% |
CƏMİ |
22 916 030,25 |
+24,7% |
12 271 972,13 |
-16,3% |
N.Abbasova*