2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 486,8 milyon manat və ya ÜDM-in 0,44%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2023-cü ilin 10 ayı ərzində dövlət büdcəsinin kəsiri 217,8 milyon manat və ya ÜDM-in 0,21%-ni təşkil edib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 29 milyard 642 milyon manat (2022-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə artım 2,3%), xərcləri 29 milyard 155,2 milyon manat (artım 12,2%) təşkil edib.
Yanvar-noyabr aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 110 milyard 212,8 milyon manat təşkil edib.
2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779,5 milyon manat, xərcləri 36 milyard 568,8 milyon manat, kəsiri isə 2 milyard 789,3 milyon manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır.*
A.Əzizov