2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 70 milyard 223,5 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 12,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin noyabr ayının sonuna Azərbaycanda orta illik inflyasiya 9,4% təşkil edib.
Statistik məlumatlara görə, 2023-cü ilin yanvar-noyabr aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 12,2% - 6 min 917,1 manata qədər artıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 62 milyard 232,4 milyon manat qalır ki, bu da 2022-ci ilin yanvar-noyabr aylarının göstəricisindən 12,8% çoxdur, əhalinin hər nəfərinə düşən gəlirlər 6 min 139,8 manat (artım 12,2%) təşkil edib.*
X.Nəsirzadə