Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Yevlax şəhər 5 nömrəli 528 şagird yerlik tam orta məktəbin tikintisinə 5,1 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “GM Construction” MMC ilə 5 milyon 150 min 311,78 manat məbləğində müqavilə bağlanıb.
İşlərin yerinə yetirilmə müddəti 30 iyun 2025-ci ilə qədərdir.*
R.Kərimov