2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 27 milyon 695,4 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 7,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 27 milyon 597,8 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib, azalma 7,5% olub.
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 44 milyard 221,1 milyon kubmetr qaz (artım 4,1%), 33 milyard 146,8 milyon kubmetr əmtəəlik qaz (artım 4,3%) hasil edilib.
Noyabrda Azərbaycanda 2,6 milyon tondan çox neft (2022-ci ilin noyabr ayının göstəricisi ilə müqayisədə artım 4% - İF) və 3,4 milyard kubmetr qaz (artım 21,4% - İF) hasil edib.
2022-ci ildə Azərbaycanda 32 milyon 667,7 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin göstəricisindən 5,5% azdır. Qaz hasilatı 46 milyard 743,3 milyon kubmetr (artım 6,6%), əmtəəlik qaz hasilatı 34 milyard 958,3 milyon kubmetr həcmində (artım 7,3%) olub.*
N.Abbasova