2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 949,278 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 0,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $247 milyon 343,3 min (azalma 25,1%) təşkil edib.
Beləliklə, Azərbaycanın yanvar-oktyabr aylarında aldığı buğdanın qiyməti bir ton üçün $260,55 (2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün $337,6 olub – İF-Az) təşkil edib.
Hesabat dövründə Azərbaycana $155 milyon 294,1 min dəyərində (artım 13,2%) 244,562 min ton şəkər xammalı və şəkər (azalma 3,2%), $123 milyon 852,2 min dəyərində (azalma 29,9%) 105,528 min ton bitki yağı (artım 3,2%), $58 milyon 447,8 min dəyərində (azalma 5%) 11,222 min ton çay (azalma 5,9%), $73 milyon 651 min dəyərində (azalma 17,6%) 13,204 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 14,8%) idxal edilib.
Bununla yanaşı, respublikaya $25 milyon 44 min dəyərində (artım 73,1%) 6,282 min ton iribuynuzlu heyvan əti (artım 93,3%), $38 milyon 910,4 min dəyərində (azalma 6,8%) 25,15 min ton quş əti və quş əti məhsulları (azalma 5,2%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $103 milyon 453,3 min dəyərində (azalma 0,4%) 102,057 min ton meyvə (azalma 4,9%), $13 milyon 851,8 min dəyərində (artım 0,9%) 23,402 min ton tərəvəz (artım 4,9%), $38 milyon 126,1 min dəyərində (azalma 13,2%) 132,19 min ton kartof (azalma 16,3%) idxal edilib.
Yanvar-oktyabr aylarında ölkədən $141 milyon 548,7 min dəyərində (azalma 5,3%) 146,693 min ton tərəvəz (artım 6,2%), $361 milyon 79,9 min dəyərində (artım 23,7%) 303,551 min ton meyvə (artım 32,6%), $31 milyon 11,7 min dəyərində (azalma 11,6%) 71,07 min ton kartof (azalma 9,1%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $20 milyon 699,6 min dəyərində (azalma 25%) 27,771 min ton şəkər (azalma 29,5%), $7 milyon 288,6 min dəyərində (azalma 42,3%) 4 min 498,7 ton bitki yağı (azalma 32,9%) ixrac edilib.
Hesabat dövründə Azərbaycan $14 milyon 349,8 min dəyərində (artım 30,8%) 11,597 min ton meyvə və tərəvəz şirələri (artım 32,5%), $6 milyon 23,1 min dəyərində (artım 56,9%) 271,9 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 25,7%), $10 milyon 301,8 min dəyərində (artım 32,4%) 8,033 min ton meyvə və tərəvəz konservləri (artım 25%), $4 milyon 294 min dəyərində (azalma 75,2%) 1,98 min ton tütün (azalma 66,3%), $5 milyon 340,8 min dəyərində (azalma 47,4%) 586,4 ton çay (azalma 63,9%) ixrac edib.*
B.Rüstəmbəyov