2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8% artaraq 26 milyard 487,5 milyon kVt•st olub. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“2023-cü ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, elektrik enerjisi istehsalı İES-lərdə 24 milyard 525,1 milyon kVt·st, SES-lərdə 1 milyard 636,5 milyon kVt·st, digər mənbələr üzrə isə 325,9 milyon kVt·st təşkil edib”, - deyə məlumatda bildirilir.
Bu dövrdə külək elektrik stansiyalarında 54,3 milyon kVt·st, günəş elektrik stansiyalarında 69,7 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 201,9 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
2023-cü ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 milyard 752,7 milyon kVt·st (+8,1% - İF-Az), idxalı isə 200,8 milyon kVt·st (+59%) olub.
2022-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 2021-ci illə müqayisədə 4% artaraq 28 milyard 988,5 milyon kVt•st, ixracı 3 milyard 3,8 milyon kVt•st (artım 79,5%), idxalı isə 137,1 milyon kVt•st (azalma 9,6%) olub.*
N.Abbasova