Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə 12 keçid məntəqəsi açmağa, bu ölkələrlə nəqliyyat əlaqəsini təmin etməyə hazırdır. Bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
“(...) ölkəmiz region ölkələrini şimal-cənub və şərq-qərb istiqamətlərində nəqliyyat əlaqələri ilə təmin edəcək bütün infrastrukturları tikməyə və bərpa etməyə hazır olduğunu bildirir”, - deyə Sanosyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin bu gün İrəvanda keçirilən görüşündə bildirib.
Onun sözlərinə görə, ölkəsi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədlərində yeddi buraxılış məntəqəsi yerləşdirməyə, dörd dəmir yolu hissəsini bərpa etməklə və Ermənistan-Azərbaycan sərhədində 4, Ermənistan-Türkiyə sərhədində isə 1 keçid məntəqəsi yaratmaqla Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqəsini təmin etməyə hazırdır.*