2023-cü ilin əvvəlindən Azərbaycanla Stavropol diyarı arasında ticarət dövriyyəsi 10% artaraq $165 milyon təşkil edib. Bu barədə diyarın iqtisadi inkişaf naziri Denis Polyubin məlumat verib.
“Azərbaycan Stavropol diyarının əsas xarici ticarət tərəfdaşlarından biridir və sanksiyalar vəziyyəti dəyişməyib. İlin əvvəlindən ərazilər arasında ticarət dövriyyəsi $165 milyon təşkil edib ki, bu da ötən ilin göstəricisindən 10% çoxdur”, - deyə nazir bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, region Azərbaycana $154 milyon dəyərində məhsul ixrac edib. İxracın əsasını buğda, qarğıdalı və arpa təşkil edib (ümumi ixracın təxminən 80%-i).
Bundan başqa, Azərbaycan bazarına qənnadı məmulatları, günəbaxan yağı və mineral sular da tədarük edilir. Sənaye malları arasında isə mineral gübrələr, plastik məmulatlar, dam örtükləri və elektrik sayğacları xüsusi çəkiyə malikdir.*
R.Əhmədov