Prezident İlham Əliyev Bəhreyn Krallığının milli bayramı münasibətilə Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
“Əminəm ki, Azərbaycan-Bəhreyn dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə təbrikdə bildirilir.*
V.Əliyev