Bu gün ABŞ-ın “USS Carney” raket esminesi Qırmızı dənizin cənubunda Yəmən husiləri tərəfindən buraxılan 14 zərbə PUA-nı ələ keçirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
“Bütün PUA-lar vurulub. Gəmilərə heç bir ziyan dəyməyib, heyət üzvləri arasında itki yoxdur”, - deyə məlumatda bildirilir.
Bu həftə Britaniyanın iki ticarət gəmisi də Qırmızı dənizin cənubunda Yəmən husilərinin hücumuna məruz qalmışdı.*