ABŞ-ın “Virciniya” sinfinə aid “USS Missouri” atom sualtı qayığı bazar günü Cənubi Koreyanın Busan şəhərindəki hərbi-dəniz bazasına gəlib. Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Agentlik sualtı qayığın gəlişini Şimali Koreyanın dekabrda kontinentlərarası ballistik raket buraxması mümkünlüyü ilə bağlı məlumatlarla əlaqələndirir.
“Missouri” sualtı qayığının gəlişi ABŞ-la əməkdaşlığı gücləndirmək planları ilə bağlıdır”, - deyə Cənubi Koreya Müdafiə Nazirliyindən bildirilib.*