Böyük Azərbaycan Partiyasının Siyasi Şurasının qərarı ilə partiyanın sədri Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb.
Prezidentliyə namizədliyin irəli sürülməsi ilə bağlı sənədlər dekabrın 19-da Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.
Beləliklə, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 4-ə çatıb.
Daha əvvəl Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin namizədliyinin irəli sürüldüyünü açıqlayıb.
Bundan başqa, deputatlar Fazil Mustafa və Zahid Oruc da seçkilərdə iştirak etmək istədiklərini bildiriblər.*
V.Əliyev