Almaniya və Böyük Britaniya Qəzza zolağında dərhal atəşkəsə qarşı çıxıb, belə ki, bu, qalıcı olmayacaq. Berlin və London Fələstin-İsrail münaqişəsi çərçivəsində uzunmüddətli və davamlı atəşkəsin vacibliyini vurğulayır. Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun “Times” qəzeti üçün yazdıqları məqalədə deyilir.
“Biz inanmırıq ki, indi bir şəkildə daimi olacağı ümidi ilə ümumi və dərhal atəşkəsə çağırış etmək irəliyə doğru yoldur. Bu, İsrailin niyə özünü müdafiə etməyə məcbur olmasına məhəl qoymur: HƏMAS İsrailə vəhşicəsinə hücum edib və hər gün İsrail vətəndaşlarını öldürən raketlər atır. HƏMAS silahlarını yerə qoymalıdır”, - deyə XİN rəhbərləri yazıblar.
Nazirlər qeyd ediblər ki, “məqsəd sadəcə bu gün hərbi əməliyyatlara son qoymaq ola bilməz” və “günlər, illər, nəsillər davam edən” sülhə ehtiyac olduğunu vurğulayıblar. Berbok və Kemeron davamlı atəşkəsi dəstəklədiklərini bəyan ediblər.*