Prezident Vladimir Putinin Türkiyəyə səfəri gündəmdədir, lakin hələ dəqiq tarixlər yoxdur. Bunu Putinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”ın müvafiq sualına cavab olaraq jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, Rusiya tərəfi türkiyəli tərəfdaşlarla təmasdadır. “Lakin hələ dəqiq tarixlər yoxdur, bu, iki prezidentin iş qrafikinin razılaşdırılması məsələsidir”, - deyə mətbuat katibi bildirib.
Peskov xatırladıb ki, daha əvvəl Putin səfər etməyə hazır olduğunu və fürsət yaranan kimi bunu edəcəyini söyləmişdi. “Ancaq indi daxili proseslərə daha çox diqqət yetirilir”, - deyə o əlavə edib.*