Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkeni Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üçün İsrailə təsir göstərməyə çağırıb. Bu barədə “The Jerusalem Post” (JP) Türkiyənin diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Fidan ABŞ dövlət katibinə bildirib ki, İsrailin hücumları ilə əlaqədar Qəzzada və İordan çayının Qərb sahilində vəziyyət pisləşir. Atəşkəsdən sonra İsrail iki dövlətin birgə yaşaması ilə bağlı müzakirələrin aparılması üçün danışıqlar masasına oturdulmalıdır.
Nəşrin məlumatına görə, İsveçin NATO-ya üzvlüyü və Türkiyənin ABŞ-dan F-16 qırıcılarının alınması ilə bağlı müraciəti də Türkiyə XİN başçısı və Blinken arasında danışıqlar mövzusu olub.*