Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 18-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 18-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8553 manat/1EUR səviyyəsində (dekabrın 15-nə 1.8692 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 18-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0188 manat/1RUB səviyyəsində (dekabrın 15-nə 0.0189 manat/1RUB) müəyyən edib.
AMB dekabrın 18-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0586 manat/1TRY səviyyəsində (dekabrın 15-nə 0.0585 manat/1TRY) müəyyən edib.**
B.Rüstəmbəyov