2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 8,3 milyard kubmetr qaz (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə -4,1%) ixrac edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən məlumat verilib.
2023-cü ilin oktyabr ayında Azərbaycandan İtaliyaya Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə nəql olunan qazın həcmi 923 milyon kubmetr (ildən ilə azalma 2,4%) təşkil edib.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutur.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac olunub.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən verilən məlumata görə, 2022-ci ildə TAP vasitəsilə bu ölkəyə 10,325 milyard kubmetr qaz (2021-ci illə müqayisədə +43,1%) tədarük olunub. Avrostatın məlumatına görə, hesabat dövründə İtaliya Azərbaycandan 13,253 milyard avro dəyərində (il ərzində artım 3,9 dəfə) təbii qaz idxal edib.
2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12-12,5 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.**
R.Kərimov