2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 84,2 min kvadratmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 12% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə yaşayış evlərinin tikintisinə kapital qoyuluşu 805 milyon manat (azalma 5,5%) təşkil edib.
2022-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 593 min kvadratmetr təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 24,8% azdır. 2022-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşu 925,4 milyon manat (azalma 5,8%) təşkil edib.**
B.Rüstəmbəyov