2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın MDB üzv ölkələri ilə ticarət dövriyyəsi 17% artıb. Bu barədə Azərbaycanın baş naziri Əli Əsədov bəyan edib.
"Ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqaməti ticarət-iqtisadi sahədir. Azərbaycan Birlik çərçivəsində iqtisadi əməkdaşlıqda fəal iştirak edir. Ötən il Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi təqribən 30% artıb. Cari ilin 10 ayının yekunları üzrə ticarət dövriyyəsi daha 17% artıb”, - Əsədov bazar ertəsi Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında deyib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, onun sözlərinə görə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin prioritet layihələr olduğu nəqliyyat-tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb.
“Azərbaycan MDB üzrə bir çox tərəfdaşlarımızın fəal istifadə etdikləri nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsini davam etdirir. Biz, həmçinin dəhlizlərin ötürücülük qabiliyyətinin genişləndirilməsi üçün Birlik çərçivəsində sıx qarşılıqlı fəaliyyət göstəririk", - baş nazir əlavə edib. **
X.Nəsirzadə