Bazar ertəsi Nyon şəhərində keçirilmiş Avropa Liqasının pley-off mərhələsinin püşkatmasının nəticələri üzrə Ağdamın “Qarabağ” komandasının rəqibi müəyyənləşib.
Azərbaycan komandası Portuqaliyanın "Braqa" komandası ilə qarşılaşacaq.
İlk oyunlar fevralın 15-də planlaşdırılıb, cavab görüşləri isə bundan bir həftdən sonra keriləcək.
Bu oyunların qalibləri 1/8 finalda Avropa Liqası qaliblər qrupuna qoşulacaqlar. Daha öncə UEFA-dan məlumat verilib ki, bu mərhələnin püşkatması fevralın 23-də baş tutacaq. **
R.Kərimov