Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov məlumat verib ki, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə vitse-prezidenti Alfonso Garcia Moranın (Alfonso Garcia Mora) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Görüş zamanı IFC-nin Azərbaycandakı fəaliyyəti, Mərkəzi Bank və IFC arasında əməkdaşlığın cari vəziyyəti, həyata keçirilən layihələr, həmçinin əməkdaşlıq perspektivləri ilə bağlı məhsuldar fikir mübadiləsi aparılıb", - Kazımov "X" hesabında yazıb. **
R.Əhmədov