2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana $1 milyard 522 milyon 373,55 min dəyərində (artım 63,3%) 88 738 ədəd (artım 32,7%) avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $1 milyard 377 milyon 362,69 min dəyərində (artım 85,4%) 81 824 ədəd avtomobil (artım 32,8%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $111 milyon 47,76 min dəyərində 2 737 ədəd elektrokar və $332,367 milyon dəyərində 12 749 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $101 milyon 463,53 min dəyərində (artım 6,3%) 6 464 ədəd motorlu nəqliyyat vasitəsi (artım 41,9%), o cümlədən $36 milyon 22,44 min dəyərində (azalma 15,7%) 334 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 11,7%) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $7 milyon 524 min dəyərində (azalma 85,2%) 116 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 69%) gətirilib.
2022-ci ildə Azərbaycana $1 milyard 57 milyon 792,37 min dəyərində 74,577 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.**
B.Rüstəmbəyov