Çinin şimal-qərbində - Qansu vilayətində zəlzələ qurbanlarının sayı 100 nəfərə çatıb, Çinhay vilayətində isə 11 ölüm qeydə alınıb. Bu barədə KİV-lər hadisə yerindən xəbər verir.
“CCTV”nin məlumatına görə, 300 nəfərdən çox yaralı var, Çinhay vilayətində yaralıların sayı ən azı 140 nəfərdir.
Çinin Cişişan rayonunda baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində evlər və infrastruktur obyektləri dağlıb, hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.*