2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 206,931 milyon ton yük daşınıb ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 4,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 77,9% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22,1% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% artıb.
Hesabat dövründə dəmir yolu ilə 16,747 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,8% azdır.
Dəniz nəqliyyatı ilə 8 milyon 313,9 min ton (artım 19,4%), avtomobil nəqliyyatı ilə 119,213 milyon ton (artım 5,3%), hava nəqliyyatı ilə 307,2 min ton (azalma 18,3%) müxtəlif növ yük daşınıb.
Hesabat dövründə magistral neft kəmərləri vasitəsilə 36 milyon 403,2 min ton neft (artım 5,8%) nəql olunub.*
B.Rüstəmbəyov